YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Uğur Ünal: Osmanlı arxivində Gəncədə ermənilərin müsəlman əhalisinə qarşı törətdikləri cinayətləri əks etdirən sənədlər var

Azərbaycanın qədim şəhəri Gəncədə keçirilən VIII Beynəlxalq Atatürk konfransı tarixin bir çox məqamlarına işıq salacaq.

Bu sözləri Gəncədə keçirilən VIII Beynəlxalq Atatürk konfransının nümayəndəsi, Türkiyə Respublikası Nazirlər Kabineti yanında Dövlət Arxivləri Baş İdarəsinin rəisi Uğur Ünal müsahibəsində deyib.

Uğur Ünal bildirib ki, XIX-XX əsrlər tarixinin aktual problemlərinə həsr edilmiş beynəlxalq konfransda Osmanlı dövlətindən bu günə kimi Azərbaycanda və Türkiyədə baş verən olayları bir daha araşdırmaqla bərabər, təhrif olunan tarixi gerçəklikləri diqqətə çatdıracağıq: “İstanbuldakı Osmanlı arxivi dünyanın ən zəngin arxivlərindəndir. Burada bir çox tarixi sənədlərlə yanaşı, Azərbaycan xanlıqları ilə Osmanlı dövləti arasında mövcud olan yazışmalardakı məktublar da saxlanılır. Konfransda nümayiş etdirmək üçün buraya xeyli sayda arxiv sənədlərinin surətini gətirmişik. Bu sənədlər içərisində Qafqaz hadisələrindən, eləcə də 1905, 1924-cü illərdə Gəncədə ermənilərin müsəlman əhalisinə qarşı törətdikləri cinayətləri, hətta topçu batareyaları ilə dinc əhaliyə atəş açmasını əks etdirən sənədlər də var. Azərbaycan tarixçiləri ilə bu məsələləri gələcəkdə araşdıraraq, dünya ictimaiyyətinə çatdıracağıq”.