YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Abşeron rayonunun Mehdiabad qəsəbəsində seçicilərlə görüş keçirilib

Yeni Azərbaycan Partiyasının 45 saylı Abşeron Seçki Dairəsi üzrə deputatlığa namizədi Oqtay Əsədovun vəkilləri və səlahiyyətli nümayəndələri seçicilərlə  növbəti görüşlərini keçiriblər.

Abşeron rayonunun Mehdiabad qəsəbəsində baş tutan görüşlərdə ilk olaraq, çıxış edən YAP Abşeron rayon təşkilatının sədri, partiyanın parlament seçkilərində səlahiyyətli nümayəndəsi Bilman Vəliyev təmsil etdiyi partiyanın seçkilərlə bağlı gördüyü işlərdən danışıb, partiyamızın fəaliyyətinin bütün xalqımız tərəfindən razılıqla qarşılandığını vurğulayıb. Onun sözlərinə görə, ümumxalq partiyası adını əməli fəaliyyəti ilə qazanmış Yeni Azərbaycan Partiyası hər zaman real işlərlə seçicilərin qarşısına çıxır: “Bir faktı da unutmaq olmaz ki, bu gün insanlar vədlərə inanmırlar, onlar real işləri, həyata keçirilmiş tədbirləri qiymətləndirirlər. Ona görə də partiyamız xalqı üçün çalışan, xalqımız üçün yaradan, iş görən, dövlətçiliyimiz qarşısında böyük xidmətləri olan insanların bu seçkilərdə millət vəkilliyinə namizədliyini irəli sürüb. Partiyamızın 45 saylı Abşeron Seçki Dairəsi üzrə namizədi Oqtay Əsədov da məhz belə insanlardandır”.

Sonra çıxış edən Oqtay Əsədovun vəkili Vaqif Abbasov, qəsəbə sakinləri Şahvələd İsmayılov, İlqar Rüstəmov və digər çıxış edənlər seçiciləri kiçik və sosial problemlərin həlli məsələsinə deyil, Azərbaycanın gələcək inkişafını və reallıqları nəzərə alaraq layiqli namizədə səs verməyə çağırıblar.