YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP-ın deputatlığa namizədi Hikmət Babaoğlu Nərimanov rayon ağsaqqaları ilə görüşüb

Oktyabrın 10-da parlament seçkilərinin təbliğat-təşviqat  kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyasının 19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizədi Hikmət Babaoğlu Nərimanov rayonun ağsaqqaları ilə görüşüb.

Tədbirdə YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev partiyamızın bu seçkilərdə qələbə qazanağına əmin olduğunu bildirib. T.Tağıyev bildirib ki, partiyamız parlament seçkilərinə böyük inamla gedir. O, 19 saylı Nərimanov birinci seçki dairəsindən partiyanın deputatlığa namizədinin «Yeni Azərbaycan» qəzetinin baş redaktoru  Hikmət Babaoğlu olduğunu bildirib. Təbliğat çərçivəsində ilk görüşün  rayon ağsaqqalları ilə təşkil olunduğunu deyən T.Tağıyev bu ənənənin bu seçkilər dövründə həyata keçirildiyini vurğulayıb. O. YAP-ın depuatlığa namizədi Hikmət Babaoğlunun tərcümeyi-halı, əmək və elmi-siyasi fəaliyyəti haqqında geniş məlumat verib.

Çıxış edən Nərimanov rayon Ağsaqqalar Şurasının sədri Miri Həsənov, professor Vilayət Əliyev, YAP Nərimanov rayon təşkilatının sədr müavini, Bakı şəhər İH Yaşıllaşdırma Təsərrüfat Birliyinin direktoru Vaqif Novruzov, Sücəddin Abdullayev, Ənvər Sadıqov, şairə Mərcan Şahbuzlu, YAP Nərimanov rayon təşkilatı  Gənclər Birliyinin sədri Yusif Babanlı və digərləri çıxış edərək bildirmişlər ki, Azərbaycanın və regionun ən güclü siyasi partiyası olan YAP yarandığı gündən iştirak etdiyi bütün seçkilərdə qələbə qazanıb. YAP Prezident İlham Əliyevin Sədrliyi ilə dövlətimizin inkişafı və xalqımızın əmin-amanlıq içində yaşaması uğrunda mühüm töhfələr verməkdədir. Bütün bunlar da xalqımızın partiyamızı dəstəkləyəcəyinə təminat verir.

19 saylı Nərimanov birinci Seçki Dairəsindən YAP tərəfindən namizədliyi irəli sürülmüş Hikmət Babaoğlu çıxış edərək tədbir iştirakçılarını salamlayıb. YAP-ın üzvü olduğu və namizədi olaraq seçkilərdə iştirak etdiyi üçün fəxr hissi keçirdiyini bildirən H. Babaoğlu vurğulayıb ki, partiyanın yarandığı gündən bugünədək azərbaycançılıq ideologiyası və müstəqillik prinsipi ilə böyük hədəflər əldə olunub və bu yol bundan sonra da eyni ideologiya və prinsip əsasında yeni hədəflərə doğru davam etməkdədir. “Mənimçün həm şərəf, həm də məsuliyyətdir ki, regionun ən güclü partiyası olan Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyim irəli sürülüb. Mən bu etimadı doğruldacağıma, sizlərin verəcəyiniz səslərə layiq olacağıma söz verirəm və əminəm ki, bundan sonrakı dövrdə də birlikdə böyük nailiyyətlər əldə edəcəyik. Ona görə ki, Yeni Azərbaycan Partiyası namizədinin arxasında nəhəng siyasi güc və 700 minə yaxın insanın iradəsi dayanıbdır”,- deyə, deputatlığa namizəd vurğulayıb.