YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in deputatlığına namizəd Səməd Seyidovun Xətaidə seçicilərlə ilk görüşü keçirilib

Oktyabarın 10- da  namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən  36 saylı  Xətai dördüncü seçki dairəsi tərəfindən irəli sürülən Səməd Seyidovun  seçicilərlə ilk görüşü oldu.

Namizəd  görüşdə  Azərbaycanın uğurlarından, beynəlxalq münasibətlər sistemində artan rolundan  geniş bəhs edərək  bildirdi ki, bu gün nəinki ölkənin, bölgənin aparıcı siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası daim  dövlətə, xalqa xidməti fəaliyyətinin əsas istiqaməti kimi qəbul etmiş,   milyonların sevgisini qazanmışdır. Belə bir partiyanın  namizədi olmaqdan qürur hissi keçirdiyini qeyd edən S.Seyidov bildirdi ki,  ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın davamlı  uğurları, Yeni Azərbaycan Partiyasının nüfuzu, siyasi çəkisi   növbəti  parlament seçkilərində də qələbəni şəksiz edir.

Seçicilərdən  Vahid Quliyev, Əvəz Həsənov və başqaları çıxış edərək, Azərbaycanı gələcəyə aparan partiyaya dəstək olacaqlarını bildirdilər.