YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyası tərəfindən MM-in deputatlığına namizəd Hüseynbala Mirələmovun seçicilərlə ilk görüşü keçirildi

Oktyabrın 10-da   beşinci çağırış Azərbaycan Respublikası  Milli Məclisinə 33 saylı Xətai birinci seçki dairəsindən deputatlığa namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən  irəli sürülən  Hüseynbala Mirələmovun  seçicilərlə ilk görüşü keçirildi.

Namizəd YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov  millət vəkili olduğu  5 ildə  xeyli sayda qanunların hazırlanmasında və qəbul olunmasında fəal iştirakından,  seçiciləri ilə görüşlərindən, onların müraciətlərinə yüksək  dəyər verməsindən və onları lazımi səviyyədə cavablandırmasından  geniş bəhs edərək  bildirdi ki, amma bunlar keçmişdə qaldı, yeni dövrün vəzifələri daha böyükdür. Bildirildi ki,  «Yeni hədəflərə doğru!» devizi ilə  seçkilərə qatılan Yeni Azərbaycan Partiyası  ölkəmizin  son illərdə qazandığı uğurların fonunda yeni hədəfələrə nail olmasına öz töhfələrini verməyə çalışır. Azərbaycanın hər bir uğurunda partiyanın öz payı var.  

Seçicilərdən Elman Quliyev, Səmayə Əliyeva, Musa Həsənli, Seyid Rasim və başqaları çıxış edərək  Azərbaycanın xoşbəxt gələcəyi naminə  ölkənin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının namizədinə dəstək olacaqlarını bildirdilər.