YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in deputatlığına namizəd Ziyafət Əsgərovun seçicilərlə görüşü olmuşdur

76 saylı Lənkəran –Astara dairəsindən Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərovun seçicilərlə görüşü olmuşdur.

Görüşdə Şürük, Şıxəkəran, Xolmili kəndlərinin seçiciləri iştirak etmişdir.

Görüşü giriş sözü ilə namizədin vəkili Elşad Nəsirov açaraq namizəd haqqında seçicilərə ətraflı məlumat vermişdir.

Ziyafət Əsgərov çıxış edərək, seçiciləri salamlamış, ötən 5 il ərzində respublikada və Lənkəran rayonunda görülən işlərdən danışmışdır. Namizədin çıxışını alqışlarla qəbul edən seçicilərlə səmimi söhbətlər olmuş,seçiciləri maraqlandıran və rayonda həlli vacib məsəllərdən söhbət açılmışdır.