YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Lerikdə YAP-ın namizədinin təbliğatı kampaniyası çərçivəsində görüş keçirilib

1 noyabr 2015-ci tarixdə keçiriləcək Milli Məclis Seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən 78 saylı Lerik Seçki Dairəsi üzrə  namizədliyi irəli sürülən İqbal Nəriman oğlu Məmmədovun təbliğat kompaniyası çərçivəsində 7 kəndi birləşdirən Qosmalian inzibati ərazisində seçicilərlə görüş keçirilmişdir.

Görüşdə ərazinin ağsaqqalları, ziyalıları və ictimaiyyət nümayəndələri, gənclər iştirak etmişlər.

Giriş sözü ilə YAP-ın səlahiyyətli nümayəndəsi Elxan Qənbərov çıxış edərək YAP-ın seçki platforması ilə seçiciləri tanış etdi, ölkədə gedən sürətli inkişafdan, Cənab Prezidentin apardığı uğurlu daxili və xarici siyasətdən danışdı.

Namizədin vəkilləri Hidayət Bəşirov, Həmzə Vəliməmmədov, Elman Rəcəbov namizəd haqqında ətraflı məlumat verərək  seçiciləri YAP-ın namizədinə səs verməyə çağırdılar.

Seçicilərdən Kamal Hüseynov, Sabir Quliyev və digərləri çıxışlarında birmənalı olaraq Cənab Prezidentin apardığı uğurlu daxili və xarici siyasət bəyənir və YAP-ın namizədinə səs verəcəklərini bildirdilər.