YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin deputatlığına namizəd Malik Həsənov görüşlərə başladı

10 oktyabr 2015-ci il tarixdən Yeni Azərbaycan Partiyasının 67 saylı Cəlilabad şəhər, 68 saylı Cəlilabad kənd və 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairələrindən deputatlığa namizədlərinin təbliğat-təşviqat və namizədlərin seçicilərlə seçkiqabağı görüşlərinə start verilmişdir.

Belə ki  oktyabrın  10-da  Yeni  Azərbaycan  Partiyasının  67  saylı  Cəlilabad  şəhər  seçki  dairəsindən  deputatlığa  namizədi  Həsənov  Malik   Əvəz  oğlunun  qeydə  alındığı  67 saylı Cəlilabad şəhər seçki  dairəsinin əhatə etdiyi və rayonun  böyük  yaşayış  məntəqələri  olan Hamaraqışlaq, Seyidbazar, Zopun və Astanlı ərazisindəki  seçicilərlə  təbliğat-təşviqat  kampaniysı  çərcivəsində  görüşləri  keçirilmişdir.

Keçirilən  görüşlərdə  Hamaraqışlaq  kəndindən  olan  seçicilər çıxışlarında  Yeni  Azərbaycan  Partiyasını  dəstəklədiklərini  və seçkilər  günü seçici olan ailə üzvləri ilə birlikdə  məhz  partiyanın namizədi  Malik  Həsənova  səs  verəcəklərini  bildirmişlər.

Seçicilərlə  keçirilən  görüşlərdə  çıxış  edən  deputatlığa  namizəd  Malik  Həsənov  onun  deputatlığa  namizədliyini təkrar irəli  sürmüş  Yeni  Azərbaycan  Partiyasının  rəhbərliyinə  minnətdarlığını  bildirmiş,  bundan  sonra  da  həm  partiyanın,  həm  də  seçicilərin  etimadını  doğrultmaq  üçün  ciddi  səy  göstərəcəyini  qeyd etmiş,  noyabrın  1-də  keçiriləcək  seçkilərdə  seçiciləri  fəal  olmağa və ona səs verməyə  çağırmışdır.