YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəmkir rayonunda Yeni Azərbaycan Partiyası namizədlərinin seçicilrələ görüşü keçirildi

Şəmkir rayonunda Yeni Azərbaycan Partiyası namizədlərinin seçicilrələ görüşü keçirildi.

Görüşdə YAP Şəmkir rayon təşkiltının sədri Fəxrəddin Vəliyev, 98-saylı Şəmkir şəhər seçki dairəsindən namizədliyi irəli sürülmüş Sahibə Qafarova, 99-saylı Şəmkir kənd seçki dairəsindən namizədliyi irəli sürülmüş Sona Əliyeva, YAP Şəmkir rayon təşkilatı sədrinin müavini Məcid Şıxlıniski, YAP Şəmkir rayon Qadınlar Şurasının sədri Nüşabə Seyidova, M.Fizuli adına Şəmkir şəhər tam orta məktəbinin direktoru Rahilə Qurbanova, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.

Tədbirdə deputatlığa namizədliyi irəli sürülmüş Sahibə Qafarova çıxış edərək bildirdi ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən bugünədək azərbaycançılıq ideologiyası və müstəqillik prinsipi ilə böyük hədəflər əldə etmişdir  və bu yol bundan sonra da eyni ideologiya və prinsip əsasında “yeni hədəflərə doğru” davam etməkdədir. “Mənimçün həm şərəf, həm də məsuliyyətdir ki, regionun ən güclü Partiyası olan Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyim irəli sürülübdür. Mən bu etimadı doğruldacağıma, sizlərin verəcəyiniz səslərə layiq olacağıma söz verirəm və əminəm ki, bundan sonrakı dövrdə də birlikdə böyük nailiyyətlər əldə edəcəkdir. Ona görə ki, Yeni Azərbaycan Partiyası namizədlərinin arxasında nəhəng siyasi güc və 700 minə yaxın insanın iradəsi dayanıbdır”, söyləyərək Sahibə Qafarova tədbir iştirakçılarına öz təşəkkürünü bildirdi.

Daha sonra çıxış edən 99-saylı Şəmkir kənd Seçki Dairəsindən YAP tərəfindən namizədliyi irəli sürülən Sona Əliyeva qeyd edib ki, Azərbaycanın hər diyarında, hər elində yaşayan vətəndaşlarımızın hər biri onun üçün əzizdir, o cümlədən də Şəmkir rayon ərazisində yaşayanlar: “Mən hər zaman çalışmışam ki, rayonumuzda yaşayan hər bir insana qayğı ilə yanaşım, onların hər hansı bir probleminin həllini səlahiyyətim çərçivəsində həll edim. İnanıram ki, bu diqqət və qayğını hər bir vətəndaş öz əməli işi ilə doğruldacaq. Biz hər zaman ədalətli, şəffaf seçkilərin tərəfdarı olmuşuq. Noyabrın 1-də keçiriləcək növbəti parlament seçkilərinin də ədalətli prinsiplərə söykənəcəyinə əminik”.