YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Seulda Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Media Forumunun ilk iclası keçiriləcək

Sentyabrın 17-18-də Koreya Respublikasının paytaxtı Seulda Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) Media Forumunun ilk iclası keçiriləcək.

Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının beynəlxalq mətbuat ilə əlaqələrinin inkişafını, kütləvi informasiya vasitələrinin İCAAP-ın fəaliyyətinə diqqətinin daha çox artırılmasını təşviq etmək məqsədi ilə yaradılan Media Forumunun ilk iclasında Seul Bəyənnaməsinin qəbulu nəzərdə tutulub.

Tədbirdə Azərbaycanı Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, partiyanın Gənclər Birliyinin sədr müavini Ramin Məmmədov və AZƏRTAC-ın əməkdaşı Şahin Cəfərov təmsil edəcəklər.