YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin növbədənkənar iclası keçirilir

Sentyabrın 14-də Azərbaycan Respublikası Milli Məclisinin növbədənkənar iclası keçirilir.

Milli Məclisin sədri Oqtay Əsədov iclası açıq elan edib.

Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

İclasda Avropa Parlamentinin 2015-ci il 10 sentyabr tarixli qətnaməsi ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin qərarı müzakirə olunub.

Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, Avropa Parlamentində sentyabrın 10-da Azərbaycana qarşı növbəti siyasi aksiya keçirilib. Ölkəmizlə bağlı növbəti qərəzli qərar qəbul olunub.

Sədr qeyd edib ki, məsələ ilə əlaqədar Milli Məclisin 49 deputatı tərəfindən növbədənkənar iclasın keçirilməsi ilə bağlı müraciət daxil olub.

Avropa Parlamentinin bu qərəzli və ədalətsiz qətnaməsi ilə bağlı danışan Oqtay Əsədov deyib: “Təkcə son iki ildə bu parlamentdə Azərbaycanla bağlı bir sıra qərəzli qətnamələr qəbul edilib. Bu dəfə Avropa Parlamenti bütün çərçivələri keçib. Hələ mən cinayət faktlarının siyasiləşdirilməsi, məhkəmə sisteminə müdaxilə etmək cəhdlərini demirəm. Bütün beynəlxalq davranış, adi nəzakət qaydaları pozulub. Tərbiyəsizcəsinə Azərbaycanın siyasi hakimiyyətinə şər və böhtanlar atılıb. Hər dəfə Avropa Parlamenti tərəfindən Azərbaycana şər və böhtanlar atılanda biz çalışmışıq ki, tarazlı münasibət bildirək, məsələlərin çoxunu açıqlamayaq. Ancaq görürük ki, məsələ başqa bir rakus alır”.

Sədr bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda uğurlu müstəqil daxili və xarici siyasət aparılır. Ölkəmizin müstəqil siyasəti isə Avropa Parlamentini və bəzi qurumları qıcıqlandırır. Bizi istəyənlər də, istəməyənlər də bilməlidirlər ki, Azərbaycan xalqı heç zaman heç kimin himayəsində olmayacaq. Azərbaycan dövləti heç bir xarici qüvvənin buyruğu ilə hərəkət etməyəcək, müstəqil siyasətini davam etdirəcək.

Sonra məsələ ilə bağlı müzakirələr başlayıb.