YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gəncədə VIII Beynəlxalq Atatürk Konqresi keçiriləcək

Oktyabrın 13-dən 15-dək Gəncədə dünya tarixçilərinin iştirakı ilə VIII Beynəlxalq Atatürk Konqresinin keçirilməsi nəzərdə tutulub.

VIII Beynəlxalq Atatürk Konqresi A.A. Bakıxanov adına Tarix İnstitutunun və Türkiyənin Atatürk Araşdırmalar Mərkəzinin birgə təşkilatçılığı ilə keçiriləcək. Dörd ildən bir keçirilən və dünyanın müxtəlif ölkələrindən gələcək alimlərin iştirak edəcəyi bu nüfuzlu toplantıda Atatürk və türk mədəniyyət coğrafiyasında Qafqaz, həmçinin Azərbaycanda mədəni-siyasi və iqtisadi inkişafın elmi əsasları mövzularında araşdırmalar aparılacaq.

Hazırda bu nüfuzlu tədbirin keçirilməsinə hazırlıq işləri çərçivəsində müxtəlif görüşlər keçirilir və müzakirələr aparılır.