YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fuad Muradov: Azərbaycan cəmiyyəti dünyada gedən prosesləri izləyir və ona öz qiymətini verməyi bacarır

«Son zamanlar Azərbaycana qarşı aparılan qarayaxma kampaniyası siyasi müstəqilliyini qoruyan ölkəmizin beynəlxalq arenada artan nüfuzuna xələl gətirməyə hesablanıb».  Bu fikri Milli Məclisin deputatı Fuad Muradov deyib.

F.muradov bildirib ki, özlərini “beynəlxalq araşdırmaçı təşkilatlar” kimi təqdim edən, lakin əslində bəzi qüvvələr tərəfindən idarə olunan qurumlar ölkəmizə qarşı aparılan “qara piar”da xüsusi fəallıq nümayiş etdirirlər. Onun sözlərinə görə, buna səbəb isə Azərbaycanın qlobal məsələlərdə bu qüvvələrin maraqlarına deyil, vətəndaşlarımızın mövqeyini qorumasına xidmət etməsidir.

«Eyni zamanda, guya ölkəmizdə “insan haqlarının pozulmasını” qabardan bu qüvvələr Azərbaycanın heç kimin diktə və şərtləri ilə siyasət aparmadığını həzm edə bilmir. Azərbaycan cəmiyyəti dünyada gedən prosesləri izləyir və ona öz qiymətini verməyi bacarır. Bu gün Azərbaycan vətəndaşı ölkəmizin ərazi bötövlüyü məsələsində vəhdət mövqe nümayiş etdirir və kimlərinsə qarayaxma kampaniyasına deyil, Qarabağın azad olunması istiqamətindəki addımlara daha çox diqqət yetirir»- deyə, F.Muradov qeyd edib.