YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Azərbaycanın şanlı dövlətçilik tarixinə qızıl hərflərlə yazılan gün”

Yeni Azərbaycan Partiyası (YAP) Qazax rayon təşkilatının və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş  “Azərbaycanın şanlı dövlətçilik tarixinə qızıl hərflərlə yazılan gün” mövzusunda tədbir keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Tədbirdə çıxış edən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev, BDU Qazax filialının direktoru Arif Rüstəmov, Q.Hacımahmudova adına ümumtəhsil orta məktəb ərazi partiya təşkilatının sədr müavini Çiçək Sanıyeva, BDU Qazax filialının müəllimi Mübariz Süleymanov, Qazax Dövlət Sosial İqtisadi Kollecinin müəllimi Mətanət Kazımova, partiya veteranı Gülnaz Alişanova Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsinin əhəmiyyətindən bəhs edib, ölkəmizdə qazanılan bütün nailiyyətlərin Heydər Əliyev siyasətinin bəhrəsi olduğunu deyiblər. Qeyd olunub ki, Ulu Öndərin ideyaları Prezident İlham Əliyev tərəfindən əzmlə həyata keçirilir. 

Sonra 2 saylı tam orta məktəbin şagirdlərinin təqdimatında ədəbi-bədii kompozisiya nümayiş olunub.

Tədbirin sonunda YAP sıralarına yeni qəbul olunmuş bir qrup gəncə üzvlük vəsiqələri təqdim edilib.