YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Zəfər tariximizin başlanğıcı”

15 İyun - Milli Qurtuluş Günü ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) Cəlilabad rayon təşkilatında “Zəfər tariximizin başlanğıcı” mövzusunda tədbir keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin Cəlilabad şəhərinin mərkəzi parkında ucaldılmış abidəsi ziyarət olunub, abidənin önünə gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla anılıb. 

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən YAP Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı və digərləri Ümummilli Liderin Azərbaycan dövlətçiliyinin qurulması, inkişafı və möhkəmləndirilməsindəki müstəsna xidmətlərindən danışıblar. Vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin ölkəmizin müstəqilliyinin qorunub möhkəmləndirilməsində, demokratik hüquqi dövlətin qurulmasında və onun hərtərəfli inkişafında misilsiz fəaliyyəti xalqımız tərəfindən daim fəxarət hissi ilə xatırlanır, əziz xatirəsi böyük məhəbbətlə, ehtiramla yad edilir.

Sonda bir qrup partiya fəalına təşəkkürnamə və partiya sıralarına yeni qəbul olunmuşlara üzvlük vəsiqələri təqdim edilib.