YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Salyanda “15 İyun - Milli Qurtuluş Günü”nə həsr olunmuş tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Salyan rayon təşkilatının, rayon İcra Hakimiyyətinin və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Ümummilli Lider Heydər Əliyev siyasəti qüdrətli Azərbaycanı yeni zirvələrə daşıyır” mövzusunda tədbir keçirilib. Salyan rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbirdə YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov, rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Məhərrəm Məmmədov, Heydər Əliyev Mərkəzinin direktoru Nübar Bayramova, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Salyan rayon komitəsinin sədri Yaqut Ələsgərova, tarixçi-tədqiqatçı Sahib Həsənov, rayon Ziyalılar Birliyinin sədri Allahverdi Piriyev, rayon “Qələbə” qəzetinin əməkdaşı, şair-publisist Əzizağa Məmmədli çıxış edərək bildiriblər ki, iyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan Ümummilli Lider Heydər Əliyevdir. Qeyd olunub ki, cəmiyyətin bütün təbəqələrinin nümayəndələri müasir Azərbaycanda sabitliyin, iqtisadi inkişafın, sosial rifahın, milli həmrəyliyin əsasının qoyulduğu Qurtuluş Gününü fərəh və məmnunluq, həmçinin minnətdarlıq hissi ilə qeyd edir. Vurğulanıb ki, bu gün Azərbaycan yeni-yeni uğurlara imza atır. Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Hər bir azərbaycanlı bu dövlətin qorunmasında, daha da inkişaf etdirilməsində, min illərlə müstəqil və güclü dövlət olaraq yaşamasında var qüvvəsi ilə çalışmalıdır.

Sonra tədbir iştirakçıları Salyan rayon Heydər Əliyev Mərkəzində Ümummilli Liderin həyatını və siyasi fəaliyyətini əks etdirən ekspozisiyaya baxış keçiriblər. Sonda xatirə fotosu çəkdirilib.