YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pirallahıda Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatının və Pirallahı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 15 İyun-Milli Qurtuluş Günü münasibətilə “Qurtuluş Günü: Milli Birlik və Qürur Günü” mövzusunda tədbir keçirilib.

Əvvəlcə RİH-in foyesində Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub.

Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Milli Qurtuluş Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov, Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Arzu Əliyeva, “Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov, Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov bildiriblər ki, Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən Ulu Öndər böyük risklərə baxmayaraq xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, dünyada Azərbaycanın nüfuzu daha da artır. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı. Ümumilikdə, Ulu Öndər Heydər Əliyevin fəaliyyəti, müasir Azərbaycanın inkişafı üçün mühüm bir təməl yaratdı. Onun uzaqgörən siyasəti, ölkənin müstəqilliyini möhkəmləndirərək, Azərbaycanı regionda güclü və sabit bir dövlətə çevirdi. Müasir müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin siyasi8 varisi Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir, ardıcıl nailiyyətlər qazanaraq yeni zirvələr fəth edir.

Sonda rayonun ictimai həyatında fərqlənən bir qrup şəxsə fəxri fərman təqdim olunub.