YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nərimanov rayonunda humanitar yardım aksiyasına başlanılıb

Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının təşəbbüsü ilə müqəddəs Qurban bayramı münasibətilə şəhid, qazi və aztəminatlı ailələrə humanitar yardım aksiyasına başlanılıb.

Aksiya çərçivəsində Nərimanov rayonu ərazisində yaşayan 40-dən çox şəhid, qazi və aztəminatlı ailələrə gündəlik ərzaq məhsullarından ibarət bayram sovqatı təqdim olunacaq.

Partiyanın rayon təşkilatının əməkdaşları şəhid, qazi, aztəminatlı ailələri evlərində ziyarət edərək onları qarşıdan gələn Qurban bayramı münasibətilə təbrik edib, Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş əsgər və zabitlərimizin, əziz xatirəsinin xalqımızın yaddaşında əbədi yaşadığını bildiriblər. Onların ailə üzvlərinin hər zaman dövlətimizin və partiyanın diqqətində olduğunu vurğulayıblar.

Aksiyada Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatı ilə yanaşı AVRORA MMC və GESCO ASC iştirak edərək öz bayram sovqatlarını ailələrə çatdırıblar.

Şəhid, qazi və aztəminatlı ailələr onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, humanitar yardım aksiyası 2 gün davam edəcək.