YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

SOCAR Yunanıstanın DESFA şirkətində səhm əldə etməkdə maraqlı olduğunu təsdiqləyib

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Yunanıstan Milli Qazpaylayıcı Şəbəkəsinin operatoru olan DESFA şirkətində səhm əldə etməkdə maraqlı olduğunu təsdiqləyib. Bununla bağlı sazişin ilin sonuna kimi imzalanması nəzərdə tutulur.

Bu barədə Yunanıstanın Dövlət Aktivlərinin İnkişaf Fondu (HRADF) məlumat yayıb. Bildirilir ki, fondun və “Hellenic Petroleum”un nümayəndələrinin SOCAR-ın nümayəndələri ilə keçirdikləri görüşdə tərəflər DESFA-nın 31 faizi HRADF-a və 35 faizi isə “Hellenic Petroleum”a aid olan ümumilikdə 66 faizlik səhmləri ilə bağlı sazişin imzalanmasında maraqlı olduqlarını bildiriblər.