YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hadi Rəcəbli: “ASAN xidmət” Azərbaycan dövlətinin şəffaflığın, xalqa yüksək xidmətin təmin olunması istiqamətində atdığı ən yüksək addımlardan biridir

“ASAN xidmət” Azərbaycan dövlətinin şəffaflığın, xalqa yüksək xidmətin təmin olunması istiqamətində atdığı ən yüksək addımlardan biridir. Bu fikri Milli Məclisin  Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

H.Rəcəbli bildirib ki, bu xidmət korrupsiyaya qarşı mübarizə sahəsində də atılan mühüm addımdır. Onun sözlərinə görə, “ASAN xidmət”in fəaliyyəti belə neqativ halların səbəbini aradan qaldırmağa da xidmət edir.

«“ASAN xidmət” mərkəzləri artıq bölgələrdə də fəaliyyət göstərir. Düşünürəm ki, bu artıq bu sahədə atılan çox önəmli addımlardan biridir. Eyni zamanda, “ASAN xidmət”inə işə götürülənlərin ən başlıca göstəriciləri hansılardır? Bu göstəricinin əgər birincisi peşəkarlıqdırsa, ikincisi və başlıcası insanlarla yüksək rəftardır. Adamlarla rəftar bacarığının olması, belə demək mümkünsə, daha kommunikasiyalı insanların tapılmasıdır. Bir sözlə, bu xidmət mərkəzlərindəki insanlar ideal, təmiz, qayda-qanunlara əməl edən, şəffaf insanlardır və ən əsası qurumun özü də şəffafdır. Bu da xalqımızın, əhalimizin həm rifahına, həm əhvalına təsir edir, həm də bəzi neqativ halları aradan qaldırır»- deyə, komitə sədri vurğulayıb.