YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Quliyev: Əhalinin yoxsulluğunun aradan qaldırılmasının əsas istiqamətlərindən biri də əhalinin mənzil təminatının yaxşılaşdırılmasıdır

«Azərbaycan Prezidentinin əhalinin sosial-iqtisadi şəraitinin yaxşılaşdırılması ilə bağlı konkret sərəncamları var və bu sərəncamlardan irəli gələn məsələlər uğurla həyata keçirilir». Bu fikri Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, əhalinin sosial rifahının yaxşılaşdırılması, yoxsulluğun aradan qaldırılması və ölkəmizin sosial- iqtisadi inkişafının yüksəldilməsi üçün konkret proqramlar var. Onun sözlərinə görə, bu proqramlarla bağlı lazımi tədbirlər həyata keçirir.

«Əhalinin yoxsulluğunun aradan qaldırılmasının əsas istiqamətlərindən biri də əhalinin mənzil təminatının yaxşılaşdırılmasıdır. Azərbaycanda hər il 80-85 min yeni ailə qurulur. Bu ailələrin böyük əksəriyyətinin ya yeni mənzilə, ya da mövcud mənzilinin genişləndirilməsinə ehtiyacı var. Bildiyimiz kimi, dövlət tərəfindən qaçqınlar, şəhid ailələri, Qarabağ əlilləri üçün evlər tikilərək verilir. Qalan kateqoriyadan olan insanlar gərək ya öz pulu ilə ev alsın, ya torpaq alaraq ev tiksin, ya da ipotekadan yararlansın. Azərbaycanda İpoteka Fondunun imkanları genişlənir. Cənab Prezidentin bununla bağlı Sərəncamı oldu və gələn ildən İpoteka Fonduna 200 milyon manat əlavə vəsait ayrılacaq ki, insanlarımız bundan istifadə edə bilsinlər. Amma təkcə ipoteka ilə, dövlətin tikdiyi evlə dünya praktikasında əhalinin mənzil tələbatı ödənilmir. Bu barədə dünya ölkələrinin təcrübəsi var. Belə ki, aztəminatlı insanlara mənzil şəraitini yaxşılaşdırmaq üçün dövlətin və bələdiyyənin dəstəyidir. Bu da sosial evlərin tikilməsi və bununla bağlı fondun yaradılması və sosial kirayə müqaviləsi bağlayaraq həmin insanları evlərə köçürməkdir. Azərbaycanda da Sosial Mənzil Fondunun yaradılması dövlətin diqqət mərkəzindədir»- deyə, komitə sədrinin müavini vurğulayıb.