YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva: Ermənistanın işğalçılıq siyasəti bu ölkənin durumunu daha da ağırlaşdırır

«Ermənistanın işğalçılıq siyasəti bu ölkəni dərin sosial-iqtisadi böhrana sürükləyib». Bu fikri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva  bildirib ki, Qarabağ problemi   üzərində hakimiyyətə gələn işğalçı, cinayətkar  rejim həm xalqını ağır duruma salıb. Eyni zamanda, bu hakimiyyət qonşu dövlətlərlə normal münasibətlər qurmaq iqtidarında deyil. Onun sözlərinə görə,  arxasında müəyyən qüvvələrin durduğu oyuncaq rejimin artıq xalqla əlaqəsi qırılıb.

«Hazırda işğalçı rejimin Ermənistandakı idarəçiliyi əllərindən çıxır. Ölkədə nümayiş, xalqa-iqtidar arasındakı rabitəsizlik, xalqın hakimiyyəti qəbul etməməsi Ermənistanda vəziyyəti olduqca kəskinləşdirib. Qarabağ faciəsi üzərində iqtidara yiyələnmiş quldur hakimiyyətin yarıtmaz siyasəti ölkəni acınacaqlı duruma salıb. Bu vəziyyətdən çıxış yolu isə işğal siyasətinə son qoymaqdır. Bu vəziyyətin davam etməsi isə işğalçı dövləti daha da ağır duruma aparır»- deyə, komitə sədrinin müavini vurğulayıb.