YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

"Ümummilli Liderin əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaq"

Yeni Azərbaycan Partiyası (YAP) Hacıqabul rayon təşkilatı və Hacıqabul Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə Hacıqabul rayon Heydər Əliyev Mərkəzində “Əbədiyaşar Lider” adlı tədbir keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə gül dəstələri düzülüb.

Tədbirdə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Aztelekom MMC-nin Cənub Şirvan Regional Filialının Hacıqabul rayon şöbəsinin müdiri Ramin Ağayev və digərləri bildiriblər ki, müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir: “Nə qədər ki Azərbaycan var, nə qədər ki bu millət var, Heydər Əliyev də var olacaq. Ümummilli Liderimizin əziz xatirəsi qəlbimizdə hər zaman əbədi yaşayacaq”.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsilə başa çatıb.

DİGƏR Xəbərlər Arxiv