YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kiyevdə Davos Kommunikasiya Forumu keçiriləcək

Sentyabrın 4-də "AGAMA communications group" və "GROU" agentliyinin birgə təşkilatçılığı ilə Kiyevdə Davos Kommunikasiya Forumu ("WCFDavos Kyiv 2015") keçiriləcək.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib ki, "WCFDavos Kyiv 2015" forumunun ikinci illik iclası "Yeni kommunikasiyalar: ölkə, biznes, mətbuat və cəmiyyət" mövzusunu əhatə edəcək. Tədbirdə "Kommunikasiyalar ölkə hökuməti, dövlət, biznes dairələri, həmçinin müxtəlif cəmiyyət qrupları arasında qarşılıqlı anlaşmanı necə inkişaf etdirir?", "Məhsuldar dialoq üçün əsas element nədir?”, "Texnoloji inkişaf, sosial və digər müasir dəyişikliklər kommunikasiyaya necə təsir edir?" məsələləri müzakirə olunacaq.

Forumun gündəliyi "Geosiyasətdə qlobal dialoq. İctimai siyasət", "Hökumət və biznes: kommunikasiyalarda sabit əməkdaşlıq", "İnnovasiyalar və kommunikasiyalar: məhsuldar əməkdaşlıq", "Polyarlaşmış cəmiyyətdə mətbuat: problemin bir hissəsi və yaxud onun həlli?", "Mədəni diplomatiya – həmrəyliyin üsulu" sessiyalarından ibarətdir.

Azərbaycanın "RED Communications" PR Agentliyi tədbirin rəsmi tərəfdaşı qismində çıxış edir.