YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tovuzda şahmat turniri keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Tovuz rayon təşkilatı, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Tovuz Təhsil Sektorunun nəzdində fəaliyyət göstərən Uşaq Gənclər İdman-Şahmat Məktəbinin və Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsi rayon sektorunun birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci il dönümü ilə əlaqədar uşaq və yeniyetmələr arasında şahmat üzrə rayon birinciliyi keçirilib.

Tovuz Uşaq Gənclər İdman-Şahmat Məktəbində keçirilən yarışın açılış mərasimində YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, rayon Uşaq Gənclər İdman-Şahmat Məktəbinin direktoru Məleykə Əmirzadə, Gənclər və İdman İdarəsinin rayon üzrə sektor müdiri Vasif Abdullayev çıxış edərək Ulu Öndər Heydər Əliyev tərəfindən idmanın inkişafına hər zaman böyük diqqət ayrıldığını, ölkəmizdə şahmata olan maraqdan, şahmatçılarımızın beynəlxalq yarışlardakı uğurlarından, Azərbaycanın dünyada qabaqcıl şahmat ölkəsi kimi tanınmasından, uşaqların təhsilinə, sağlamlığına və idman sahəsinin inkişafına göstərdiyi diqqət və qayğıdan bəhs ediblər. Vurğulayıblar ki, bu gündə Prezident İlham Əliyev şahmatın inkişafına böyük diqqət yetirir və respublikamızda şahmatın inkişaf etdirilməsi üçün xüsusi sərəncamlar imzalanıb.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü həsr edilmiş Şahmat turnirinin qaliblərinə təşkilatçılar tərəfindən qiymətli hədiyyə və diplomlar, turnirin təşkilində və keçirilməsində aktiv iştirakına görə rayon Uşaq Gənclər İdman-Şahmat Məktəbinin bir qrup müəlliminə YAP Tovuz rayon təşkilatı tərəfindən fəxri fərmanlar təqdim edilib.

DİGƏR Xəbərlər Arxiv