YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəmkirdə ağacəkmə aksiyası keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirib. 

Rayon Şəhidlər xiyabanında keçirilən aksiyada YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, RİH-in, rayon təşkilatının əməkdaşları, idarə, müəssisə və digər təşkilatların rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, partiya fəalları iştirak ediblər.

Aksiyanın məqsədi ağac əkməklə ətraf mühitin qorunmasına, rayon ərazisində yaşılıqların genişləndirməsinə və ekoloji tarazlığın daha da yaxşılaşdırılmasına kömək etməklə təbiətə töhfə verməkdir.