YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın sülh quruculuğu təcrübəsi region üçün çox vacibdir

Fəxrəddin Vəliyev

YAP Şəmkir rayon təşkilatının sədri

Belarus Prezidenti Aleksandr Lukaşenkonun ölkəmizə dövlət səfəri iki dost, qardaş ölkənin münasibətlərinin dünəninə, bugününə və gələcəyinə aydınlıq gətirdi. Zəngin tarixə malik olan bu münasibətlərin uğurlu gələcəyi vardır. Prezidentlərin görüşündə, mətbuata bəyanatlarında, imzalanan sənədlərdə bütün məqamlar öz əksini tapır.

Əsas hədəflərimizdən biri işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinin həyata keçirilməsidir ki, səfər çərçivəsində bu məsələyə xüsusi diqqət yönəldildi. Dövlət başçısı İlham Əliyev bildirdi ki, Belarusun çox yaxşı şəhərsalma təcrübəsi, müasir texnologiyaları və  aqroşəhərciklərin tikintisi təcrübəsi var. Birinci dərəcəli vəzifəmiz keçmiş məcburi köçkünləri tikiləcək doğma evlərinə mümkün qədər tez qaytarmaqdır. Həmçinin onları müvafiq işlə təmin etmək lazımdır ki, azad olunmuş ərazilərə qayıdanlar da yüksək əməkhaqqı olan işlərdə çalışsınlar.

“Torpaqlarınızı qaytarmağınız və onu dirçəltməyiniz əsrlər boyu, uzun illər yaddaşlarda qalacaq. Bütün bunları ona görə deyirəm ki, əgər həmin torpaqların dirçəldilməsi üzrə bu böyük prosesdə bizə yer tapılarsa, onda bu yükün altına girməyə hazırıq və bu, sizin üçün sərfəli olacaq. Məsuliyyətlə bildirirəm ki, biz bunu böyük məmnuniyyətlə və dünyada heç kimin edə bilməyəcəyi səviyyədə edəcəyik. Çünki Belarusun və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var” söyləyən Belarus Prezidenti vurğuladı ki, biz kömək göstərə və bu prosesdə iştirak edə bilərik: “Sizin kifayət qədər köməkçiləriniz var, amma biz bir dost kimi bu prosesdə texnika, aqroşəhərciklər, iş yerləri ilə iştirak edə bilərik. İnsanları köçürmək, qaytarmaq olar, amma bunun üçün mənzillər, iş yerləri lazımdır. Bizim müəyyən texnologiyalarımız var, Sizin mütəxəssisləriniz, nazirləriniz bu texnologiyalara yaxşı bələddirlər. Əgər işə yarayarsa texnikamız burada olar və işləyər.”

Göründüyü kimi, dost, qardaş ölkə Azərbaycanın tarixi Zəfərindən sonra dərhal başladığı bərpa-quruculuq işlərinin sürətlə həyata keçirilməsinə öz dəstəyini göstərməyə çalışır və bunu real addımları ilə sübut etməyə səy göstərir. İşğaldan azad edilmiş ərazilərimizdə sıfırdan başlayan bərpa-quruculuq işləri ölkəmizin iqtisadi imkanlarının, xalqımızın qurucu xalq olmasının göstəricisidir. Dost, qardaş ölkələrin Prezidentlərinin ölkəmizə səfərləri zamanı işğaldan azad edilmiş ərazilərimizdə olmaları tarixi Zəfərimizin yaratdığı reallıqların təqdimatıdır. Azərbaycan tarixi sahibinə qovuşan torpaqlarında ölçüyəgəlməz dərəcədə bərpa işləri həyata keçirib və bu  gün də bu işlər uğurla davam etdirilir.  

Əlaqələrin inkişafında imzalanan sənədlər əhəmiyyətli rol oynayır. Azərbaycan və Belarus Prezidentlərinin iştirakı ilə “Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında malların mənşəyinin sertifikatlaşdırılmasının elektron sisteminin qarşılıqlı tətbiqi haqqında Protokol”, “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol”,“Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol”, “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə Belarus Respublikasının İdman və Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlığın inkişafına dair 2024-2025-ci illər üzrə Tədbirlər Planı”, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Belarus Respublikasının Antiinhisar Tənzimləmə və Ticarət Nazirliyi arasında rəqabət siyasəti, dövlət satınalmaları, istehlakçı hüquqlarının müdafiəsi və reklam fəaliyyəti sahələrində qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında Memorandum”, “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Belarus Respublikasının İqtisadiyyat Nazirliyinin “İnvestisiya və Özəlləşdirmə Milli Agentliyi” Dövlət Müəssisəsi arasında Anlaşma Memorandumu”, “Bakı şəhəri (Azərbaycan Respublikası) ilə Minsk şəhəri (Belarus Respublikası) arasında qardaşlaşma əlaqələrinin qurulmasına dair Memorandum”, “Gəncə şəhəri (Azərbaycan Respublikası) ilə Qomel şəhəri (Belarus Respublikası) arasında qardaşlaşma əlaqələrinin qurulmasına dair Anlaşma Memorandumu” və “Qəbələ şəhəri (Azərbaycan Respublikası) ilə Qrodno şəhəri (Belarus Respublikası) arasında qardaşlaşma əlaqələrinin qurulmasına dair Anlaşma Memorandumu” imzalandı. Sənədlər münasibətlərimizin gələcək inkişafı üçün bir yol xəritəsidir.

Dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında bu məqamı da xüsusi qeyd etdi ki, dünyada vəziyyət sürətlə və bir qayda olaraq mənfi istiqamətdə dəyişir. Yeni münaqişələr, yeni qeyri-sabitlik ocaqları yaranır. Təəssüf ki, bir qayda olaraq mövcud münaqişələr öz həllini tapmır.  Azərbaycan beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, BMT-nin Nizamnaməsinə və bütün dünya ictimaiyyətinin bu gün tanıdığı beynəlxalq humanitar hüquqa tam uyğun olaraq hərbi-siyasi yolla öz münaqişəni həll etdi.

Azərbaycan-Belarus münasibətlərinin bugünkü reallıqları fonunda dövlət başçısı İlham Əliyev bu çağırışı diqqətə çatdırdı: “Ölkələrimizin rəhbərləri arasında etimada əsaslanan münasibətlər bütün digər dövlət qulluqçularına impuls verir ki, onlar, həmçinin öz aralarında ünsiyyət saxlasınlar, çalışsınlar, dostluq etsinlər, öz ölkələrinin rifahı və ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi naminə fəaliyyət göstərsinlər.”