YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Strateji tərəfdaşlar olan Azərbaycan və Bolqarıstan arasındakı münasibətlər keyfiyyətcə yeni müstəviyə yüksəlir

“Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Bolqarıstanla ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin vacib istiqamətlərindən biridir. Bu mənada Azərbaycan ilə Bolqarıstan arasında münasibətlər hər zaman yüksək səviyyədə olub və müsbət dinamikası ilə seçilib. Qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-Bolqarıstan əlaqələri ötən müddət ərzində siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə dinamik şəkildə inkişaf edib və ölkələrimiz arasında səmərəli əməkdaşlıq formalaşıb, iki ölkə arasında 60-dan çox sənəd imzalanıb”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, Bolqarıstan Azərbaycanı Cənubi Qafqazda və Qara dəniz regionunda prioritet, strateji və etibarlı tərəfdaş hesab edir: “ arasında ticarət, nəqliyyat, xüsusilə yük daşımaları, sərmayələr, yüksək texnologiyalar, turizm və digər sahələrdə əməkdaşlığın inkişafı üçün geniş perspektivlər mövcuddur. Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin Azərbaycana səfəri çərçivəsində imzalanmış sənədlər əsasında ikitərəfli əlaqələrin inkişafı daha da dərinləşəcək”.

“Son vaxtlar Azərbaycan və Bolqarıstan arasında enerji sahəsindəki əməkdaşlıq ticarət dövriyyəsinin bir neçə dəfə artmasına səbəb olub” – deyən Ramil Vəlibəyov əlavə edib ki, təbii qaz təchizatı sahəsində ildən-ilə Azərbaycan qazının Bolqarıstana ixracı artmaqdadır: “Əgər 2022-ci  ildə cəmi 600 milyon kubmetr qaz ixrac edilmişdisə, 2023-cü ildə bu rəqəm 1 milyard 250 milyon kubmetr olub. Cari ildə isə 1,5 milyard kubmetr Azərbaycan qazı Bolqarıstana ixrac ediləcək. Bu isə Bolqarıstanın qaz istehlakının təqribən 50 faizini təşkil edir. Bütün bunlarla yanaşı Bolqarıstan qaz nəqli istiqamətində həm də önəmli tranzit ölkəyə çevrilib. Hazırda Azərbaycan qazı Bolqarıstan ərazisindən digər qonşu ölkələrə ixrac edilir və gələcəkdə bu ölkələrin sayı daha da artacaq”.