YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanа daha bir ikimərtəbəli elektrik qatarı gətirilib

Sentyabrın 15-də Bakı-Sumqayıt istiqamətində elektrik qatarlarının hərəkətini təşkil etmək üçün ciddi hazırlıq gedir. Bu məqsədlə avqustun 20-də daha bir ikimərtəbəli elektrik qatarı Azərbaycanа gətirilib. Bu, ölkəmizə gətirilən sayca üçüncü qatardır.

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyindən bildirilib ki, “Stadler Rail Group” şirkətinin “Stadler Minsk” zavodunda istehsal olunmuş “KİSS” markalı elektrik qatarının birincisi mayın 30-da, ikincisi isə mayın 31-də Bakı sərnişin stansiyasına gətirilib.

Hər biri 4 vaqondan ibarət olan elektrik qatarlarında sərnişinlərin yüksək keyfiyyətli ictimai nəqliyyata artan tələbatını ödəmək üçün hər cür şərait var. Qatarın ümumi sərnişin tutumu 919 nəfər, oturaq yerlərin sayı 396, bunun da 84-ü biznes-sinfinə aiddir. İkimərtəbəli elektrik qatarları dəmir yolunun Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində istifadə ediləcək.

Dəmir yolu nəqliyyat sisteminin modernləşdirilməsi üzrə “Azərbaycan Dəmir Yolları” QSC ilə “Stadler Rail Group” şirkəti arasında artıq uzun müddətdir ki, danışıqlar aparılır. Bu il mayın 13-də Bakıda keçirilən “2015 TransCaspian” Beynəlxalq nəqliyyat, tranzit və logistika sərgisi çərçivəsində “Stadler Rail Group” şirkətindən “KİSS” markalı 5 ikimərtəbəli elektrik qatarınin alınmasına dair saziş imzalanıb.