YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əməkdaşlıqlar dövlətimizin milli maraqları çərcivəsində reallaşır

Təvəkkül Əliyev

YAP Şuşa rayon təşkilatının sdəri   

Bu gün Azərbaycan bölgədə təhlükəsizlik və davamlı iqtisadi inkişaf üçün olduqca mühüm ölkə kimi çıxış edir. Azərbaycanın istər bölgə daxilində, istərsə də beynəlxalq miqyasda əməkdaşlıq əlaqələri hər keçən gün daha da çoxalır. Xüsusən bu gün Rusiya Azərbaycan münasibətləri tam fərqli şəkildə inkişaf edir. Vaxtilə Azərbaycan və Rusiyanın vahid ittifaqda yer alması ölkələrimiz arasında münasibətlərin özünəməxsus xarakterini formalaşdırıb. Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra da ölkələrimiz arasında münasibətlər ən yüksək səviyyədə  davam etdirildi.

2003-cü ilin oktyabr ayında Azərbaycan Prezidenti İlham Əliyevin hakimiyyətə gəlməsi və Heydər Əliyev siyasətini uğurlu şəkildə davam etdirməsi ilə Azərbaycan-Rusiya münasibətlərində inkişafın yeni mərhələsi başlandı. Dəfələrlə Azərbaycan Prezidenti İlham Əliyev Rusiyaya rəsmi və işgüzar səfərlərə yola düşüb, eyni zamanda Rusiya Prezidenti V.Putinin bir neçə dəfə Azərbaycana yüksəksəviyyəli səfərləri reallaşıb. Bu gün də dövlətlərimiz arasında münasibətlər mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında qurulur və həmişə maraqlar balansı axtarılır.

Bu baxımdan dövlət başçısı İlham Əliyevin aprelin 22-də Rusiya Federasiyasına işgüzar səfəri, həmçinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşdəki çıxışında səsləndirilən fikirlər iki ölkə arasında olan əməkdaşlığa əyani sübut idi. Vladimir Putin BAM-ın tikintisinə başlanmasının yarıməsrlik yubileyi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi şəxsən təbrik etməsi, Ümummilli Lider Heydər Əliyevin BAM-ın tarixində müstəsna, böyük rol oynamasını qeyd etməsi görüş zamanı səsləndirilən ən vacib fikirlərdən idi. Azərbaycan böyük beynəlxalq layihələrin – Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri layihələrinin tərəfdaşı olmaqla öz tarixində yeni bir səhifə açmışdır.  Heç şübhəsiz, iqtisadiyyatının davamlı inkişafı və rəqabət qabiliyyətini artırılması, ölkəmizin logistika və nəqliyyat mərkəzi kimi mövqeyini güclənməsi və beynəlxalq tərəfdaşlarla əldə olunan sıx əməkdaşlıq sayəsində ölkə iqtisadiyyatına milyardlarla dollar gəlir gətirəcək. Ölkəmizin iqtisadiyyatına yeni investisiyalar qoyulur və Azərbaycan tranzit ölkə kimi öz imkanlarını hər keçən gün daha da genişləndirir. Dövlətimiz tərəfindən nəqliyyat sektorunun inkişafı ilə bağlı konkret proqramlar reallaşdırılır.

Hal-hazırda Azərbaycan xarici siyasətdə ancaq öz maraqlarından irəli gələn tərəfdaşlıq əlaqələri qurur. Bu isə göründüyü qədər asan deyil. Böyük dövlətlərin maraqlarının toqquşduğu bir regionda buna nail olmaq əlbəttə ki, çətindir. Xüsusən Vətən müharibəsindən sonra qlobal siyasətin əsas gücləri olan dövlətlər Azərbaycanın milli maraqlarını necə qoruduğunun şahidi oldu. Azərbaycan regionun geopolitik məkanıdır. Cənubi Qafqazla bağlı bütün əməkdaşlıqlar dövlətimizin milli maraqları çərcivəsində baş tutur.