YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qarşılıqlı əlaqələrdə siyasi münasibətlər mühüm yer tutur

“Rusiyaya Prezident İlham Əliyevin növbəti səfəri tarixi əhəmiyyət kəsb edir. Dövlətimizin başçısı Moskvada Rusiya Prezident Vladimir Putinlə səfər çərçivəsində görüşüb və bir çox məsələlər müzakirə olunub. Eyni zamanda Prezident İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin BAM-ın əlli illik yubileyi münasibəti ilə dəmir yolu işçilərini təbrik ediblər. Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyev vaxtilə ümumittifaq tikintisi adlandırılan nəhəng layihənin həyata keçirilməsində fəal iştirak edib və onun reallaşdırılmasına öz təkliflərini irəli sürüb.” Bunu YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev deyib.

Abbas Əliyev vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyev hər zaman Azərbaycan-Rusiya münasibətlərində mühüm rol oynayıb: “Prezident İlham Əliyev  də  2000-ci illərin əvvəllərində dostluq və mehriban qonşuluq münasibətlərinin əsasının Vladimir Putin və ulu öndər  Heydər Əliyev tərəfindən qoyulduğunu söylədi. Ölkəmizin başçısı Ümummilli Lider Heydər Əliyevin sovet dövlətinin həyata keçirə biləcəyi tikintinin miqyasından deyil, ilk növbədə, ən çətin şəraitdə, bəzən daim çoxillik içində olan keçilməz meşələrdə, yolsuzluq şəraitində həyatlarını riskə atan BAM-çıların fədakarlığından təsirləndiyi qeyd edib. 2023- cü il ölkəmizdə və Rusiyada Heydər Əliyevin 100 illik yubileyi xüsusi ehtiramla qeyd edilməsi bu yüksək münasibətin bariz nümunəsidir. Rusiya-Azərbaycan münasibətləri  müasir dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır. Azərbaycan- Rusiya arasında perspektiv əməkdaşlıq istiqamətləri mövcuddur. Ölkəmizdə ərazisində Azərbaycan-Rusiya sərhədini Azərbaycan-İran sərhədi ilə birləşdirən dəmir yolu mövcuddur. Azərbaycan-Rusiya münasibətləri ölkə başçılarının siyasi iradəsinə uyğun olaraq sürətlə inkişaf etdirilir. Azərbaycan və Rusiya qarşılıqlı əlaqələrində siyasi münasibətlər mühüm yer tutur. Azərbaycan və Rusiyanın vahid ittifaqda yer alması dövlətlərimiz arasında münasibətlərin özünəməxsus xarakterini formalaşdırıb. Müstəqillik illərində əlaqələr daha da inkişaf edib. Ulu Öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra dövlətlərmiz arasında münasibətlərin ən yüksək səviyyədə inkişaf etdirilməsinə başlanılıb. İkitərəfli münasibətlərin hüquqi bazasını təşkil edən əsas sənəd Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında  3 iyul 1997-ci ildə imzalanan “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilə”dir”.

YAP Abşeron rayon təşkilatının sədrinin sözlərinə görə,  Ulu Öndər Heydər Əliyevin 2002-ci ilin yanvarında Rusiyaya dövlət səfəri isə 2 qonşu ölkə arasında münasibətlərdə tamamilə yeni mərhələnin əsasını qoyub: “Səfər zamanı imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Xəzər dənizində əməkdaşlıq prinsipləri haqqında Birgə Bəyannamə” Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi baxımından mühüm sənəd olub. Həmin sənəd Rusiya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində inkişafını nümayiş etdirib. Prezident İlham Əliyev də Rusiya ilə ikitərəfli əlaqələrin genişləndirilməsini vacib amil kimi diqqət mərkəzində saxlayır. Prezident İlham Əliyevin  2004-cü ilin əvvəllərində Rusiyaya ilk rəsmi səfəri bu baxımdan əlamətdar olub”.

Abbas Əliyev vurğulayıb ki, Rusiya Azərbaycanın şanlı Qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələnən İkinci Qarabağ müharibəsini başa çatdıran 2020-ci il 10 noyabr müqaviləsinin imzalanmasında xüsusi rol oynayıb. 2022-ci il fevralın 22-də Moskvada Azərbaycan və Rusiya prezidentləri tərəfindən imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə xalqlarımız arasında tarixi dostluq və mehriban qonşuluq ənənələrinə, dərin mədəni və humanitar əlaqələrə əsaslanaraq, dövlətlərarası münasibətlərimizi keyfiyyətcə yeni – müttəfiqlik səviyyəsinə qaldırıb. Ölkələrimiz arasında əlaqələrin sürətli inkişafının qarşıdakı dövrdə də uğurla davam etdirilməsi və daha da genişləndirilməsi məqsədilə bu ilin yanvarında “Azərbaycan-Rusiya əməkdaşlığının inkişafının əsas istiqamətləri üzrə 2024-2026-cı illər üçün Yol Xəritəsi” imzalanıb. Bütün bunlar Azərbaycan-Rusiya münasibətlərin bünövrəsini təşkil edən dostluq əlaqələrinin güclənməsinə xidmət edir”.