YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP-ın yerli təşkilatları ağacəkmə və iməcilik aksiyası keçiriblər

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları ağacəkmə və iməcilik aksiyası keçiriblər.

Aksiya çərçivəsində partiyanın Yasamal, Sumqayıt, Lənkəran, Göygöl, Kürdəmir, Qazax, Xocavənd, Xocalı, Ağcabədi, Laçın, Gədəbəy rayon və şəhər təşkilatları tərəfindən şam, sərv olmaqla, ümumilikdə 4000-ə yaxın müxtəlif növ ağac əkilib. Eyni zamanda, ağacların əkildiyi ərazilərdə təmizlik işləri aparılıb, ağaclara aqrotexniki qulluq göstərilib. 

Qeyd edək ki, aksiyanın keçirilməsində məqsəd “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətdə ekoloji mədəniyyət və təbiətə qayğını təbliğ etmək ənənələrini davam etdirmək, ətraf mühitin qorunmasına töhfə verməkdən ibarətdir.