YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Qaradağ rayon təşkilatının təsis edilməsinin 31 illiyi qeyd olunub

Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının təsis edilməsinin 31-ci ildönümü ilə əlaqədar Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində “Yeni Azərbaycan Partiyası - Azərbaycanı qələbələrə aparan partiya” mövzusunda konfrans keçirilib. 

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsinə dərin hörmət və ehtiram ifadə edilib.

Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Ümummilli Liderin həyatını, çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlara baxıblar.

Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Yeni Azərbaycan Partiyasının bəhs edən videoçarx nümayiş olunub.      

Tədbiri giriş sözü ilə açan YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev partiyanın yaranma tarixindən, keçdiyi şərəfli inkişaf yolundan danışıb. Ümummilli Liderin qətiyyəti və iradəsi hesabına yaradılan və bu gün istər ölkə daxilində, istərsə də regionda lider partiya olan Yeni Azərbaycan Partiyasının həm ölkə daxilində cərəyan edən siyasi proseslərdə, həm də beynəlxalq əlaqələrdə böyük uğurlara imza atdığı qeyd olunub.

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatları Aydın Hüseynov, Aydın Mirzəzadə, Səbinə Xasayeva, “91-lər”dən, Qaradağ Rayon İcra Hakimiyyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov çıxışlarında partiyanın keçdiyi 31 ildən artıq şərəfli yolun xalq-iqtidar birliyinin möhkəm təmələ əsaslandığını, sarsılmaz və əbədi olduğunu təsdiqlədiyini deyiblər: “Bu gün sürətlə inkişaf edən müstəqil dövlətimizi uğurlu inkişafa aparan bu yolda hər bir Azərbaycan vətəndaşı Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyir və böyük əzmlə dövlətin, xalqın mənafeyi naminə səy göstərir”.

Sonra rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə fəxri fərman, diplomlar, YAP sıralarına yeni qoşulmuş şəxslərə isə üzvlük vəsiqələri təqdim olunub.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.