YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Möhsün Pakayin: Azərbaycan nümayəndə heyətinin İrana səfəri əməkdaşlığın inkişafına böyük təsir göstərəcək

Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyətinin İrana səfəri və müzakirə olunan məsələlər iki qonşu ölkə arasında əməkdaşlıq əlaqələrinin inkişafına böyük təsir göstərəcək.

Bu fikri İranın Azərbaycandakı səfiri Möhsün Pakayin bildirib.

Səfir qeyd edib ki, İranın Qafqaz regionu ilə əlaqələrinin daha da inkişafında Azərbaycan mühüm rol oynaya bilər. O, Qəzvin-Rəşt-Astara dəmir yolu xəttinin Azərbaycanın dəmir yolları şəbəkəsinə birləşdirilməsinin hər iki ölkənin iqtisadi inkişafı baxımından önəmli ola biləcəyini vurğulayıb. Dəmir yollarının qovuşmasının nəticəsi olaraq İran Avropaya, Azərbaycan isə Fars körfəzinə çıxış əldə edə bilər.

Diplomat əlavə edib ki, İran şirkətinin Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” yatağından neft hasilatında iştirakı yeni neft-qaz layihələrinin birgə həyata keçirilməsi və bu sahəyə birgə investisiya qoyuluşu üçün münbit şərait yaradır.