YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Anjelika Karaman: Azərbaycanın təcrübəsi bizim üçün çox vacibdir

Azərbaycanın təcrübəsi bizim üçün çox vacibdir. Moldova da nə vaxtsa ölkənin bütün ərazisində seçkilər keçirmək arzusundadır.

Bu sözləri Moldova Mərkəzi Seçki Komissiyasının sədri Anjelika Karaman Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşdə səsləndirib.

Qonaq Azərbaycanda seçkiləri müşahidə etməkdən məmnun olduqlarını bildirib.

A.Karaman seçkilərin qanunvericiliyin tələblərinə uyğun keçiriləcəyindən əminliyini ifadə edib.