YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

TDT-nin müşahidəçiləri işğaldan azad edilmiş ərazilərdə seçkiləri izləyəcəklər

Türk Dövlətləri Təşkilatının (TDT) Beynəlxalq Seçki Müşahidə Missiyası (BSMM) fevralın 7-nə təyin edilmiş prezident seçkilərini izləmək üçün Azərbaycanda fəaliyyətə başlayıb.

TDT-nin Baş katibi, səfir Kubanıçbek Ömuralıyevin rəhbərlik etdiyi missiyaya qurumun katibliyinin rəsmiləri, üzv dövlətlərin Mərkəzi Seçki komissiyalarının (MSK) nümayəndələri və TDT ölkələrinin mütəxəssisləri daxildir. Nümayəndə heyətinin Azərbaycan Xarici İşlər Nazirliyində və Mərkəzi Seçki Komissiyasında görüşləri nəzərdə tutulub.

TDT-nin müşahidəçiləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə də seçkiləri izləyəcəklər.

Nümayəndə heyətinin səfərinin müddəti fevralın 8-dək planlaşdırılıb.