YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məmməd Musayev: Azərbaycanda 40-dan çox quşçuluq müəssisəsi fəaliyyət göstərir

Azərbaycanda bu gün 40-dan çox quşçuluq müəssisəsi fəaliyyət göstərir və onların əksəriyyətində Avropa standartlarına uyğun quş əti istehsal edilir.

Bu barədə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev jurnalistlərə müsahibəsində məlumat verib. O bildirib ki, Azərbaycan əhalisinin tələbatını daxili istehsal hesabına ödəməklə bərabər, ixracyönümlü məhsul istehsalı da əsas hədəflərdən biridir.

“Azərbaycan bazarı yerli istehsalımızla tam təmin olunur. Yerli müəssisələrin bəziləri quş əti, xüsusilə yumurta ixracı ilə bağlı müəyyən tədbirlər görür. Rusiya bazarına ixrac bizim strateji hədəfimizdir və bəzi şirkətlər artıq ixracla məşğuldurlar”, - deyə M.Musayev əlavə edib.