YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağdərədəki seçki məntəqəsinin sədri: Builki seçkilər bizim üçün əsl bayramdır

Bir ağdərəli kimi böyük qürur hissi keçirirəm ki, uzun illərdən sonra torpaqlarımız işğaldan azad olunub və bir neçə gündən sonra respublikamızın hər yerində olduğu kimi, Qarabağımızda da prezident seçkiləri keçiriləcək. Builki seçkilər bizim üçün əsl bayramdır.

Bunu açıqlamasında 97 saylı Tərtər-Naftalan-Goranboy seçki dairəsinin Ağdərə şəhərində yaradılmış 59 saylı seçki məntəqəsinin sədri Mahir Səmədov deyib.

O bildirib ki, seçki məntəqəsi fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinə tam hazırdır. Seçki məntəqəsi zəruri texniki vasitə və metodiki vəsaitlərlə təmin olunub, seçici siyahıları və məlumat lövhələri asılıb. Seçicilərin öz mövqelərini sərbəst şəkildə bildirmələri üçün kabinələr qoyulub. Seçki məntəqəsində katib və üzvlər, habelə seçkini izləyəcək müşahidəçilər üçün yerlər müəyyənləşdirilib. Seçicilərə səsvermənin keçirilmə tarixi, vaxtı və yeri barədə bildirişlərin paylanması işi başa çatdırılıb. Seçki məntəqəsinə bülletenlər gətirilib.