YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Jakip Asanov: Əmin olduq ki, bütün seçki prosesi qanunvericilik və beynəlxalq standartlar çərçivəsində aparılır

Azərbaycana gələndən indiyədək seçkilərə hazırlıq prosesi, proseslə bağlı qanunvericiliyin beynəlxalq standartlara hansı səviyyədə cavab verməsi, açıq və gizli səsvermə prosesinin necə aparılacağı ilə maraqlandıq. Əmin olduq ki, bütün proses qanunvericiliyə uyğun və beynəlxalq standartlar çərçivəsində aparılır.

Bu sözləri Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyası (MDB PA) nümayəndə heyətinin rəhbəri, Qazaxıstan Parlamenti Senatının sədr müavini, MDB PA beynəlxalq müşahidəçilərinin qrup koordinatoru Jakip Asanov jurnalistlərə müsahibəsində səsləndirib.

Dekabrın 18-də monitorinq keçirdiklərini diqqətə çatdıran missiya rəhbəri fevralın 7-də seçki məntəqələrində olacaqlarını bildirib. O qeyd edib ki, MDB PA-nın müşahidə missiyası fevralın 8-də seçkilərlə bağlı fikirlərini ictimaiyyətə açıqlayacaq.

“Seçki prosesi ilə tanış olmaqla, səsverməni izləməklə biz ölkənin daxili işlərinə müdaxilə etmirik, əksinə, Azərbaycanın suverenliyinə hörmətimizi ifadə etmiş oluruq”, - deyə Jakip Asanov vurğulayıb.