YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycana tarixi Zəfər bəxş edən Lider

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 5-də Beyləqan rayonunun Bünyadlı və Gödəklər kənd seçiciləri ilə görüşlər keçirilib.

Görüşlərdə YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov, təşviqat qrupunun üzvləri Etibar İmanov, Fədayət Rüstəmov, Niyaməddin Əsgərov, Mirəhməd Mirhəşimov, Bakir Nəsibov, şəhid qardaşı Qədir Məmmədov və başqaları çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə 20 il öncə həyata keçirilməyə başlanan uzaqgörən daxili və xarici siyasət Azərbaycanı dünyanın ən dinamik inkişaf edən ölkələri sırasına çıxarıb. Bildirilib ki, bütün uğurların zirvəsində ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunması dayanır. Bu gün artıq işğaldan azad olunmuş bütün ərazilərimizdə şanlı üçrəngli bayrağımız dalğalanır.

Natiqlər seçiciləri 7 fevral seçkilərində Azərbaycana tarixi Zəfər bəxş etmiş qalib Lider İlham Əliyevə səs verməyə çağırıblar.

Qeyd edək ki, kampaniya çərçivəsində Beyləqan rayonu, Bünyadlı kəndində şəhid ailələri ziyarət olunub, eləcə də şəhərin magistral küçəsində yaşayan seçicilərlə məhəllə görüşü keçirilib.