YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tərtər seçiciləri qalib Liderə səs verəcəklər

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 5-də Tərtər rayonunun Azadqaraqoyunlu kəndində seçicilərlə görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, Milli Məclisin deputatı Ağalar Vəliyev, təşviqat qrupunun üzvləri Oqtay Sarıkişiyev, Səlimə Yusibova, Şölə Manafova və başqaları çıxış ediblər.

Çıxış edənlər bildiriblər ki, Prezident İlham Əliyevin rəhbərliyi, uzaqgörən siyasəti nəticəsində beynəlxalq arenada ölkəmizə maraq artır, tərəfdaşlarımızın sayı artır. Bu gün regionda reallaşdırılan bütün irimiqyaslı beynəlxalq layihələr Azərbaycanın iştirakı ilə onun milli maraqları nəzərə alınmaqla həyata keçirilir. Çoxəsrlik tariximizə yazılan uğur səhifələri ölkəmizin malik olduğu imkanların təqdimatında öz sözünü deyir.

Seçicilər də öz növbəsində çıxış edərək fevralın 7-də qalib Lider İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.