YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Qalib Liderlə yeni dövrdə yeni hədəflərə doğru!

Göygöldə seçicilərlə növbəti görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 28-də Göygöl Olimpiya İdman Kompleksində seçicilərlə görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu, təşviqat qrupunun üzvləri Qalib Qasımov, Azadxan Haqverdiyev, Dilarə Mövlayeva və Ofelya Rəhimova çıxış ediblər. Çıxışçılar Prezident  İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 20 il ərzində görülən misilsiz işlərdən bəhs edərək Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə 44 günlük Vətən  müharibəsində əldə edilən tarixi Zəfərin əhəmiyyətindən danışıb, ölkəni inkişafdan tərəqqiyə, tərəqqidən Zəfərə çatdırdığını bildiriblər.  

Seçicilər isə 7 fevral seçkilərində yeganə seçimlərinin qalib Lider İlham Əliyev olacağını bildiriblər.

Görüş Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.