YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Azərbaycanı yeni zirvələrə aparan Lider

Sumqayıt şəhərində seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 5-də Sumqayıt Kimyaçılar Mədəniyyət Sarayında seçicilərlə görüş keçirilib.

Görüşdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Prezident İlham Əliyevin 20 illik fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.

Görüşdə YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin komitə sədri Tahir Mirkişili, Milli Məclisin deputatları Hicran Hüseynova və Emin Hacıyev, qazilər Ehtiram Məmmədov, Elvin Qəhrəmanlı və digərləri çıxış ediblər.

Qazanılan tarixi nailiyyətlər fonunda təşviqat qrupunun üzvləri seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və hər bir azərbaycanlıya qələbə sevincini bəxş etmiş Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.