YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Böyük inkişaf yolu

Yevlaxdan olan seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 27-də Yevlax şəhərində, rayonun Quşçu və Balçılı kəndlərində yaşayan seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Milli Məclisin deputatı İlham Məmmədov, təşviqat qrupunun üzvləri Minnət Mürsəlov, Zərxanım Əhmədova, Vahid Quliyev, İlkin Möhsümlü, Fariz İmamverdiyev və Əlirza Abdullayev çıxış ediblər.

Çıxışlarda son 20 ildə Azərbaycanın tarixinin ən qüdrətli dövlətinə çevrildiyi qeyd olunub. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasından sonra ölkəmizdə və regionda yeni reallıqların yarandığı vurğulanıb.

Natiqlər seçiciləri prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Qeyd edək ki, seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Yevlax rayonunun Aşağı Bucaq kəndində Vətən müharibəsi şəhidi Nəriman Rəsulovun ailə üzvləri ziyarət olunub, şəhidin keçdiyi şərəfli döyüş və həyat yolundan bəhs olunub.