YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

“Müzəffər Liderimizə səs verəcəyik”

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 17-də Sədərək rayonunun Sədərək kəndində seçicilərlə görüş keçirilib.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Sədərək rayon təşkilatının sədri Arif Qasımov, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Sədərək rayon təşkilatının sədri Əkbər  Kərimov, təşviqat qrupunun üzvləri Sirac Qarayev,  Nailə  Əlirzayeva  və  Kəmalə Əliyeva  çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, Prezident İlham Əliyev 2003-cü ildə qarşıya qoyduğu strateji hədəflərə nail olunması üçün istər beynəlxalq miqyasda, istərsə də ölkə daxilində məqsədyönlü siyasət həyata keçirib. Cənab Prezidentin rəhbərliyi ilə son 20 il ərzində Azərbaycan böyük və şərəfli  inkişaf yolu keçib, möhtəşəm tarixi zəfərlər qazanıb. Ölkə rəhbərinin siyasəti dövlətimizin inkişafına və güclənməsinə xidmət edib. Hazırda Azərbaycan regionun qalib ölkəsi kimi qətiyyətli Lider İlham Əliyevin rəhbərliyi ilə tərəqqi yolunda inamla irəliləyir.

Tədbirdə bildirilib ki, qalib xalqın qalib Lideri İlham Əliyevin  rəhbərliyi ilə bu gün Azərbaycanın qarşısında daha geniş üfüqlər açılıb. Həmişə olduğu kimi, bundan sonra da xalqımız cənab İlham Əliyevin ətrafında sıx birləşərək böyük uğurlara imza atacaq.

Natiqlər seçiciləri prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər xalqımıza uzun illər həsrətlə gözlədiyi Zəfər sevincini yaşadan, Azərbaycanın dövlət bayrağını Şuşada, Xankəndində ucaldan Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs verəcəklərini vurğulayıblar.