YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Tarixi Zəfərdən möhtəşəm qələbəyə...

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 17-də Salyan rayonunun Sarvan kəndində seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov, təşviqat qrupunun üzvləri Sahib Həsənov, Fərqanə Cəbrayılova, Nübar Bayramova, Firdovsi Qasımov, şəhid atası Cahangir Qaraşov və Vətən müharibəsi iştirakçısı Abdulla Əliyev çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev ən yüksək zirvələri fəth edərək tariximizin Zəfər səhifələrini yazıb. Ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası, Böyük Qayıdış konsepsiyasının uğurla həyata keçirilməsi, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtması hər bir azərbaycanlının sevincinə səbəb olub. Bütün bu uğurlar qarşıdakı dövr üçün yeni prioritetlər müəyyənləşdirib.

Sonda çıxış edən seçicilər Azərbaycan xalqının cənab İlham Əliyevin siyasətini birmənalı şəkildə dəstəklədiklərini və seçki günü Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklərini diqqətə çatdırıblar.