YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

Müzəffər Liderlə yeni zirvələrə...

Bakıxanov qəsəbəsində seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 16-da Sabunçu rayonunun Bakıxanov qəsəbəsində seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov, təşviqat qrupunun üzvləri Bəxtiyar Qasımov, Vidadi Orucov və Nərgiz Babayeva çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, son 20 il ərzində cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bütün sahələr üzrə inkişaf edib, müasirləşib. Bu dövrdə əhalinin rifahı əhəmiyyətli dərəcədə yüksəlib. Azərbaycan son illərdə böyük nailiyyətlər qazanaraq, dünyanın qabaqcıl ölkələri ilə bir sırada dayanır, beynəlxalq ictimaiyyət tərəfindən müstəqil, güclü və nüfuzlu dövlət kimi tanınır. Bütün bunlar Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasətin nəticəsidir.

Natiqlər əminliklə bildiriblər ki, Qarabağın azad olunmasının qürurunu yaşayan qalib xalqımız 7 fevral seçkilərində də qalib Lider İlham Əliyevə səs verərək ölkəmizin davamlı inkişafını, o cümlədən doğma Qarabağımızın cənnətə çevrilməsi prosesini fəal şəkildə dəstəkləyəcək.