YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Seçki-2024

“Alternativsiz liderimiz, yeganə seçimimiz cənab İlham Əliyevdir”

Gəncə şəhərində seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 16-da Gəncə şəhərində seçicilərlə görüş keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Daha sonra YAP İdarə Heyətinin üzvü, partiyanın Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə, təşviqat qrupunun üzvləri Cavid Bağırzadə, Samirə Qasımova, Mətanət Əliyeva və başqaları çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, beynəlxalq birliyin Azərbaycana olan inam və etimadının durmadan artması, ölkəmizin təşəbbüsləri və apardığı uğurlu siyasət, qurduğu səmərəli əməkdaşlıq əlaqələri, dünya miqyasında ən güclü ordulardan birini formalaşdırması, əhalinin rifahının yaxşılaşdırılması, xalq-dövlət birliyi müstəqillik tariximizin ən böyük nailiyyətləridir. Bu uğurları şərtləndirən yeganə amil isə Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin yürütdüyü müstəqil siyasətdir.

Natiqlər Azərbaycanın gələcək inkişafının məhz Prezident İlham Əliyevin adı ilə bağlı olduğunu əminliklə vurğulayıb, seçiciləri prezident seçkilərində fəallıq göstərməyə çağırıblar.

Seçicilər də öz növbəsində “Bizim 7 fevral seçkilərində yeganə seçimimiz cənab İlham Əliyevdir. Parlaq gələcəyə səs verəcəyik” deyiblər.

Görüşün sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.