YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP ümumxalq partiyası və avanqard siyasi qüvvədir

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının 30 illik yubileyi qeyd edilib

Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının yaradılmasının 30-cu ildönümü münasibətilə tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin və şəhidlərin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra YAP Nəsimi rayon təşkilatının 30 illik fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov bildirib ki, ssası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Yeni Azərbaycan Partiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni nailiyyətlərə imza atmaqdadır. O bildirib ki, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı 1993-cü il iyulun 6-da 240 nəfərin iştirakı ilə yaranıb. Bu gün isə rayon təşkilatının sıraları kəmiyyət və keyfiyyət baxımından sürətlə genişlənir. Hazırda 103 ərazi partiya təşkilatında cəmiyyətin müxtəlif təbəqələrindən 30 minə qədər üzv birləşib.

Sonra çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov vurğulayıb ki, Yeni Azərbaycan Partiyası xalqın mənafelərinə xidmət etmək, ölkəmizin qarşısında duran məsələləri həll etmək üçün zamanın tələblərinə uyğun olaraq, zərurətdən yaranmış bir partiyadır: “Qısa müddət ərzində Yeni Azərbaycan Partiyası xalqın böyük əksəriyyətinin etimadını qazanıb və güclü təşkilatlanma ilə avanqard siyasi qüvvəyə çevrilib”.

Daha sonra YAP İdarə heyətinin üzvü, Azərbaycan–Fransız Universiteti (UFAZ) icraçı direktoru Vazeh Əsgərov öz çıxışında 1992-ci ildə mövcudluğumuzun sual altında olduğu bir zamanda bu cür taleyüklü məsələdə xalqımızın yanında olan Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyasını öz üzərinə götürməsindən bəhs edib: "91-lər"in müraciəti əsasında 1992-ci il noyabrın 21-də Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin sədrliyi və 550 nəfərdən ibarət təşəbbüs qrupunun iştirakı ilə keçirilən təsis konfransında yaradılan YAP qısa müddət ərzində cəmiyyətdə layiqli yerini tutdu, aparıcı siyasi qüvvəyə çevrildi”.

Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, professor Dilarə Seyidzadə qeyd edib ki, YAP Azərbaycanın son dərəcə ağır zamanında, ölkədəki hərc-mərcliyin baş alıb getdiyi bir dövrdə yaranıb: “Həmin illərdə Azərbaycanda bir sıra siyasi partiyalar fəaliyyət göstərsələr də, onlar arasındakı çəkişmələr imkan vermirdi ki, ölkədə yaranan böhran aradan qaldırılsın. Azərbaycan müstəqilliyini itirməyə doğru gedirdi. Bunu görən, xalqının taleyinə laqeyd qala bilməyən insanlar ölkəmizin işıqlı gələcəyi naminə yeni çağırışlara cavab verə biləcək partiya yaratmaq təşəbbüsü ilə çıxış ediblər. Bu məqsədlə Ümummilli Lider Heydər Əliyevin ətrafında sıx birləşərək Yeni Azərbaycan Partiyasını yaratmağa nail olublar”.

Sonra Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli çıxış edərək vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil, demokratik Azərbaycan onun müəyyən etdiyi strateji xətlə inamla irəliləyir, inkişafını davam etdirir. O, Yeni Azərbaycan Partiyasının xalqı öz ətrafında birləşdirərək ümumxalq partiyasına çevrildiyini, eyni zamanda, ölkədə aparıcı qüvvə kimi özünü təsdiqlədiyini bildirib.

Nəsimi rayon Ağsaqqallar Şurası İdarə Heyətinin sədri Vaqif Şadlinski vurğulayıb ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş müstəqilliyimiz Prezident İlham Əliyevin rəhbərliyi ilə möhkəmləndirilmiş, sarsılmaz olmuşdur. Ölkəmizdə mövcud olan demokratiya, tolerantlıq, bütün xalqların qardaş kimi yaşaması dünya dövlətləri üçün örnəkdir.

Daha sonra çıxış edən şəhid atası Ceyhun Kərimli və NəsimirRayon Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Azər Quliyev qeyd ediblər ki, Prezident İlham Əliyev şəhid ailələrinə daim diqqət və qayğı göstərir və biz də bir şəhid ailəsi olaraq bu diqqət və qayğını hər zaman öz üzərimizdə hiss etmişik.

Sonda YAP Nəsimi rayon təşkilatının yaradılmasında və fəaliyyətində xidmətləri olmuş bir qrup şəxsə fəxri fərman və təşəkkürnamə, YAP sıralarına yeni qoşulmuş şəxslərə isə partiya biletləri təqdim olunub.