YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İsveçin boks üzrə milli yığmasının məşqçisi: Birinci Avropa Oyunları tarixi hadisədir

Birinci Avropa Oyunları tarixi hadisədir. Çünki ilk dəfə keçirilir.

İsveçin boks üzrə milli yığmasının məşqçisi Santyaqo Nieva yerli mətbuata müsahibəsində belə deyib. Məşqçi bildirib ki, həm təşkilatçılıq, həm də Oyunlara olan marağa görə “Bakı 2015”i Olimpiya Oyunları hesab etmək olar.

“Birinci Avropa Oyunları gələn il Rio Olimpiadası üçün çox yaxşı təcrübədir. Bütün idman növlərində olduğu kimi, boksçular üçün də yaxşı şərait yaradılıb. İsveç bu yarışlarda peşəkar boksçularla təmsil olunur”, - deyə S.Nieva qeyd edib.